Fərhad Əliyevin qohumları azadlığa buraxıldıbackend

Fərhad Əliyevin qohumları azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, sabiq nazirin bibisi oğlu Rafəddin Əsgərov və əmisi oğlu Vəlixan Əliyev azadlığa çıxıb.

Onların hər ikisi məhkəmənin hökmü ilə cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Onların həbsdən azad olunmaları münasibəti ilə ailələri tərəfindən yaşadıqları Cəlilabad rayonunun Alar kəndində qurbanlar kəsilib və kənd sakinlərinə paylanılıb.

Qeyd edək ki, R.Əsgərov 2010-cu ildə Ukraynanın Odessa şəhərində saxlanılıb və həbs olunmuşdu. V.Əliyev isə sabiq nazirin həbs olunduğu zamandan ölkəni tərk etmişdi. Daha sonra isə o, özü polisə təslim olmuşdu. Onların hər ikisinə barəsində Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumolma cəzası verilmişdi.

Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev 2005-ci il oktyabrın 19-da həbs olunub.
14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb.

İnterpress.az