Fərid Şahbazlı xarici mətbuata prezident seçkilərindən danışdı – FOTObackend

Fərid Şahbazlı xarici mətbuata prezident seçkilərindən danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərc olunan məqalələrdə Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühitinin, ölkəmizdə seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradənin mövcud olduğuna diqqət çəkilib. Qeyd olunub ki, həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Qəzet yazıb ki, Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var və vətəndaşlar seçkilər günü bütün aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”.

Xarici KİV-lər seçkilərlə bağlı yazılarında \”İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə yer verib. Gənclər təşkilatının sədri Azərbaycanın bölgənin lider dövləti olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz regionda sabitlik və təhlükəsizliyə əvəzsiz töhfələr verir: \”Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əvəzsiz rolu danılmaz bir reallıqdır. Dünyada mövcud olan gərgin geosiyasi atmosfer, hər gün alovlanan münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi olduqca mürəkkəb regionda sabitlik adası olaraq mövqeyini qoruması şübhəsiz ki, olduqca vacib məqamdır. Bu mənada düşünürəm ki, Azərbaycanda keçirilən seçkilər nəinki Cənubi Qafqaz regionu, ümumilikdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir”.

F.Şahbazlı qeyd edib ki, Azərbaycanda keçiriləcək seçkilərin favoriti Prezident İlham Əliyevdir: \”Onun hakimiyyəti dövründə Azərbaycanda möhkəm siyasi sabitlik, davamlı iqtisadi inkişaf, balanslaşdırılmış xarici siyasət xətti müşahidə olunub. Dünyadakı mürəkkəb geosiyasi şəraitə, hər gün alovlanan münaqişə ocaqlarına baxmayaraq, Azərbaycan özünün sabitlik adası mövqeyini qoruyub saxlayıb. Seçkilərdə Azərbaycan gənclərinin alternativsiz namizədi Cənab İlham Əliyevdir”.

Fərid Şahbazlı xarici mətbuata prezident seçkilərindən danışdı - FOTO

Fərid Şahbazlı xarici mətbuata prezident seçkilərindən danışdı - FOTO

Fərid Şahbazlı xarici mətbuata prezident seçkilərindən danışdı - FOTO

İnterpress.az