“Azərbaycan dünyaya açıq bir ölkədir” – İlham Əliyevbackend

“Azərbaycan dünyaya açıq bir ölkədir” – İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya verdiyi müsahibə zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda mətbuat azadlığı tam olaraq təmin olunur.

“Azərbaycan müstəqil interneti olan ölkədir, internet istifadəçilərinin sayı sürətlə artır və artıq təxminən 80 faizə çatıb. Eyni zamanda ölkədə sərbəst toplaşma, siyasi fəaliyyət azadlığı təmin olunur. Biz Avropa Şurasının üzvü olaraq, cəmiyyətimizin daha da demokratikləşdirilməsi ilə bağlı üzərimizə öhdəlik götürmüşük. Hesab edirəm ki, unun öhdəsindən uğurla gəlmişik. Ancaq əlbəttə ki, əlavə səylər tələb edən bəzi məsələlər var”, – deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, ölkə rəhbərliyi siyasi islahatların və nailiyyətlərin səviyyəsini aydın şəkildə qiymətləndirir.

“Hesab edirik ki, müstəqilliyimizin 26 ili ərzində maksimum mümkün olanı etmişik. Tariximizi, Azərbaycanın gənc və müstəqil dövlət olmasını nəzərə alaraq. Coğrafi mövqeyi və bizim regionda olan potensial riskləri nəzərə alaraq”.

Azərbaycanın dövlət başçısı eyni zamanda inkişafı tələb olunan ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunub:

“Azərbaycanda sosial-iqtisadi, infrastruktur inkişafı planında çox işlər görülür. Və ictimai nəzarət lazımı səviyyədə olmadıqda, bu nəzərdə tutulan planlarda pozuntulara və gecikmələrə yol açır. Əlbəttə ki, biz bundan sonra da Azərbaycanın demokratikləşməsi istiqamətinə işləri davam etdirəcəyik, biz açıq ölkəyik. Biz iradəli şəkildə bu yolu tutmuşuq. Bundan sonra da həm siyasi, həm də iqtisadi islahatları inkişaf etdirməyə davam edəcəyik”

İnterpress.az