Azərbaycan və Şimali Koreyanın XİN rəhbərləri görüşübbackend

Azərbaycan və Şimali Koreyanın XİN rəhbərləri görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Yong Ho Ri konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

XİN başçısı 2019-cu ildən Azərbaycanın təşkilata sədrliyə başlamasının Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycana olan inamından irəli gəldiyini bildirib. O, həmçinin KXDR-in Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərlə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu əlavə edib.

E.Məmmədyarov Yong Ho Rinin Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Azərbaycanın XİN başçısı Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyin dəstəklənməsinin cari beynəlxalq münasibətlərdə aktual olduğunu və Bandunq prinsiplərinə sadiqliyin vacib olduğunu diqqətə çatdırıb.

Səfərinin tarixi olduğunu bildirən Yong Ho Ri ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından səfərlər mübadiləsinin arzuolunan olduğunu vurğulayıb.

Yong Ho Ri KXDR-in Azərbaycanla əməkdaşlığın genişləndirilməsində, xüsusilə neft sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Bakı şəhərinin arxitekturasının öyrənilməsi məqsədilə KXDR-dən olan arxitekturlarının səfərinin mümkünlüyünü vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İnterpress.az