Abşeronda məktəb direktorunun müavini intihar etdi – TƏFƏRRÜATLARbackend

Abşeronda məktəb direktorunun müavini intihar etdi – TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ölkə.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar.

Qeyd edək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hələlik saxlanılan şəxs yoxdur.

İnterpress.az