Hafiz Hacıyev: Prezident seçilsəm Razi Nurullayevi QMİ-nin sədri təyin edəcəmbackend

Hafiz Hacıyev: Prezident seçilsəm Razi Nurullayevi QMİ-nin sədri təyin edəcəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Qafqazinfo”ya istinadən xəbər verir ki, Hacıyev prezident seçiləcəyi təqdirdə kimləri nazir postuna təyin edəcəyini də açıqlayıb.O bildirib ki, prezident seçiləcəyi təqdirdə baş prokuror vəzifəsinə Qüdrət Həsənquliyevi, səhiyyə naziri vəzifəsində Sərdar Cəlaloğlunu, təhsil naziri vəzifəsinə isə Abel Məhərrəmovu təyin edəcək. Həmçinin, baş nazir Artur Rasi-zadəni vəzifəsindən kənarlaşdıracaq.

Hafiz Hacıyevin açıqlamasına \”Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev cavab verib. Razi Nurullayev Modern.az-a açıqlamasında bildirib ki, prezident seçilərsə, Hafiz Hacıyevi kənd təsərrüfatı naziri təyin edəcək. \”Hafiz müəllimin prezident seçkilərində qalib gələcəyi təqdirdə məni Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin yerinə təyin edəcəyi fikrinə gəldikdə isə onu deyə bilərəm ki, ola bilər ki, o bunu yarızarafat, yarıciddi deyib. Mənim hazırda bir məqsədim var ki, prezident seçilim. Hesab edirəm ki, Hacı Allahşükür Paşazadə xalqını sevən və onun yanında olan biridir. Mən onun yerinə heç kimin göz dikməsini istəməzdim. O, vəzifəsinin öhdəsindən çox gözəl gəlir”.

Razi Nurullayev deyir ki, qalib gələcəyi təqdirdə hakimiyyətin əsas postlarına öz adamlarını təyin edəcək: \”Bu, nazirliklərdir. Hesab edirəm ki, nazirlər prezidentin özünün seçdiyi əsas adamlar olmalıdır. Bütün nazirlər öz vəzifəsində qala bilməzlər”.

İnterpress.az