Rusiyada azərbaycanlı gənc öldürüldübackend

Rusiyada azərbaycanlı gənc öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Kaluqa vilayətinin Balabanovo şəhərində yerləşən kafelərin birində baş verib. Belə ki, ötən gün axşam saatlarında dağıstanlılarla azərbaycanlı gənclər arasında dava düşüb.

Davanın iştirakçıların dağıstanlı gənclər \”beşbarmaq\”la 1997-ci il təvəllüdlü Əlihüseynov Babək İlham oğluna bir neçə zərbə endiriblər.

Nəticədə, B.Əlihüseynov hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum jurnalist Vasif Əlihüseynovun əmisi oğludur. V.Əlihüseynov İnterpress.az-a faktı təsdiqləyib.

İnterpress.az