Taleh Bağırov yenidən məhkəmə qarşısındabackend

Taleh Bağırov yenidən məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, cinayət məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə yenidən cəza alan Taleh Bağırovun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, fevral ayının 13-də “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun barəsində yeni hökm oxunub.

Qaradağ rayon Məhkəməsində hakim Ürfan Mürsəlovun sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.

T.Bağırova 5 ay həbs cəzası verilib.

Qeyd edək ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb. Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilir

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir. Bugünkü cəza Taleh Bağırovun əvvəlki cəzası ilə birləşdirib. Hazırda Taleh Bağırovun üzərində 18 il həbs cəzası qalıb.

İnterpress.az