Süpürgəçi qadının ölüm xəbəri doğru deyil – Rəsmi açıqlama – YENİLƏNİBbackend

Süpürgəçi qadının ölüm xəbəri doğru deyil – Rəsmi açıqlama – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Yenicag.az\” baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, süpürgəçi qadının ölüm xəbəri doğru deyil:

“Bu xəbər doğru deyil, baş verən hadisədə xəsarət alan qadın yox, kişi olub. Hadisə bu gün səhər baş verib. Belə ki, Sumqayıt şəhər Koroğlu Rəhimov küçəsində Ağsu sakini 35 yaşlı kişini maşın vurub. Xəsarət alan şəxs xəstəxanaya aparılıb”.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından saytımıza verilən məlumata görə, xəsarət alan kişi bu dəqiqələrdə dünyasını dəyişib.

Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyindən saytımıza bildirib ki, maşınla vurulan şəxs Rəsulov Vidadi Sumqayıt Yaşıllaşdırma İdarəsində bağban işləyib.

Qeyd edək ki, xəbəri Report yayıb.

* * *

İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az