Ermənistanın yeni prezidenti and içibbackend

Ermənistanın yeni prezidenti and içib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Andiçmə paytaxt Yerevanın Karen Dəmirçiyan adına İdman-Konsert kompleksində keçirilib.

Ermənistan parlamentinin iclası kompleksə təyin olunub və Armen Sarkisyan orada and içib.

İlk dəfə olaraq, Ermənistan parlamentində prezident seçilən A.Sarkisyan ölkə konstitusiyasnın üsxəsinə və VII əsrə aid edildiyi iddia olunan “İncil”ə əl basaraq, and içib.

Qeyd edək ki, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarqsyan ümumxalq səsvermə yolu ilə iki dəfə prezident seçilib. Sonuncu belə seçki 2013-cü il fevralın 13-də keçirilib. 2015-ci il dekabrın 6-da qəbul edilən yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcir. Yeni prezident parlamentdə 7 il müddətinə seçililir. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürülüb. Martın 2-də parlamentdə prezident seçkisi keçirilib. Aprelin 17-də isə parlamentdə baş nazir seçiləcək. Bu vəzifəyə Serj Sarsqyanın baş nazir seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Armen Sarksyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentlyə namizədidir. A.Sarksyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarksyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

İnterpress.az