Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb – EKSKLÜZİV – FOTObackend

Cavad Derəxti Sabir Rüstəmxanlı ilə görüşüb – EKSKLÜZİV – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Milli Birliyinin (DAMB) sədri Cavad Derəxti Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev də iştirak edib.

Bu barədə İnterpress.az-a DAK sədrinin humanitar və mədəniyyət məsələləri üzrə müavini, DAMB-nin sədr müavini Xəzər Emin məlumat verib.

X.Emin bildirib ki, görüşdə Azərbaycan diasporunun fəaliyyəti, diaspordakı problemlər və mövcud problemlərin aradan qaldırılması, eyni zamanda, Güney Azərbaycanda yaşayan soydaşlarımızla bağlı müəyyən məsələlər müzakirə edilib.

İnterpress.az