TÜRKPA müşahidəçiləri Azərbaycana gəliblərbackend

TÜRKPA müşahidəçiləri Azərbaycana gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TÜRKPA-nın mətbuat xidmətindən İnterpress.aza verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Haluk İpek və cənab Ceyhun İrgil daxildir.

Bu gün TÜRKPA müşahidəçilərinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarixi işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Seçki günü müşahidə missiyası seçki prosesini izləmək məqsədilə Bakı, Sumqayıt və Abşeron rayonun bir sıra seçki məntəqələrini ziyarət edəcək.

Bildirilib ki, aprelin 11-də axşam radələrində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrinin təqdimatı gözlənilir. Növbəti gün isə TÜRKPA və Türk Şurası müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcəklər.

İnterpress.az