Gömrükçülər külli miqdarda bəyan olunmamış mal aşkar edib – VİDEObackend

Gömrükçülər külli miqdarda bəyan olunmamış mal aşkar edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a DGK-dan məlumat verilib.

Məlumatda həmçinin deyilir ki, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə DGK-da yaradılmış xüsusi risk qrupu müvafiq təhlillər aparır.

Daha bir təhlilin nəticəsi olaraq \”Repro-Servis\” MMC-nin elektron bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılması nəzərdə tutulan malların invoys və digər müşayiətedici sənədlərindəki məlumatlarda yüksək riskli göstəricilər müəyyən edilib və mallara fiziki baxışın keçirilməsi qərara alınıb.

Beləliklə, adı çəkilən hüquqi şəxs tərəfindən külli miqdarda bəyan olunmamış mallar – 221 dəst uşaq paltarı, 420 ədəd dəri kəmərlər, 238 ədəd qadın çantası, nəqliyyat vasitələri üçün ümumi çəkisi 429 kq olan ehtiyat hissələr, istilik sistemləri üçün 952 kq fitinq və 2160 kq ventillər, 204 ədəd su kranı aşkarlanıb.

Bundan başqa, bəyan olunan mallar sırasında süni dəri nümunəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində tədqiqi nəticəsində həmin malın 4041 kq rənglənmiş təbii dəri olduğu müəyyən edilib. Bununla da aşkarlanan malların statistik dəyəri xeyli miqdarda azaldılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az