İlham Əliyev Kosta-Rikanın prezidentini təbrik edibbackend

İlham Əliyev Kosta-Rikanın prezidentini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.

İnterpress.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri,

Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.

İnterpress.az