“Roma”nın prezidenti “Qarabağ”dan danışdıbackend

“Roma”nın prezidenti “Qarabağ”dan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bu, ən gözəl qələbə, fantastik gecədir\”.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bunu İtaliyanın \”Roma\” klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya \”Barselona\”sını 3:0 hesabı ilə yendikləri cavab görüşündən sonra deyib. Əslən ABŞ-dan olan funksioner oyuna tam dominantlıq etdiklərini bildirib: \”İnanılmazı gerçəkləşdirdik. İlk oyunda bəxtimiz gətirməmişdi. Bu dəfə isə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxdıq. Qrup mərhələsinin son oyununda Perotti \”Qarabağ\”a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüdudu yoxdur. \”Roma\”nın bugünkü nailiyyəti unudulmazdır\”.

Pallotta \”Barselona\”nı darmadağın etməkdə baş məşqçi Eusebio Di Françeskonun əvəzləmələrinin xüsusi rol oynadığını vurğulayıb. O, İspaniya nəhəngini məğlub etdikdən sonra istənilən rəqiblə mübarizəyə hazır olduqlarını bildirib: \”Artıq 4 ən güclü komanda sırasındayıq. Komandamızın belə oyununu heç vaxt görməmişəm. Biz əla oynamağa qadir olduğumuzu nümayiş etdirdik. Bu, 5 illik klub prezidentliyim dövründə ən yaxşı oyunumuzdur\”.

Qeyd edək ki, \”Roma\” qrup mərhələsində \”Qarabağ\”ı Bakıda 2:1, İtaliya paytaxtında isə 1:0 hesabı ilə yenib. \”Canavarlar\” qrup lideri kimi yüksəldikləri 1/8 finalda isə Ukrayna \”Şaxtyor\”unu səfər qolu sayəsində üstələyiblər – 1:2, 1:0. Eyni hal \”Barselona\” ilə 1/4 final görüşlərində də təkrarlanıb – 1:4, 3:0.

İnterpress.az