Seçiciyə təzyiq göstərmək qanunsuzluqdurbackend

Seçiciyə təzyiq göstərmək qanunsuzluqdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident seçkilərinin keçirilməsi məsuliyyətli işdir. Çünki müxtəlif baxışlı insanlar var. Çalışırıq ki, heç bir tərəf narazı qalmasın”.

İnterpress.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, prezident seçkiləri ilə bağlı işlər yüksək səviyyədə görülüb: “Düşünürəm ki, bütün bunlar nümunə olacaq addımlardır. Heç kimin seçiciyə təzyiq göstərməyə haqqı yoxdur. Vətəndaş azad şəkildə istədiyi namizədə səs verə bilər. Bütün addımlar Seçki Məcəlləsinə uyğun atılmalıdır, qanun pozuntusuna yol verilməməlidir\”.

İnterpress.az