Mərkəzi Bank 200 milyon manatlıq notları hərraca çıxarırbackend

Mərkəzi Bank 200 milyon manatlıq notları hərraca çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BFB-dən İnterpress.az-a verilən məlumata görə, hərraca çıxarılan 2 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il mayın 10-da ödəniləcək.

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır – 1 rəqabətli və 1 qeyri-rəqabətli.

Qeyd edək ki, dolların aprelin 11-ə olan kursu 1,70 AZN-dir.

İnterpress.az