Elektrik xətləri məscidin üzərinə düşdü – KƏNDİ HƏYƏCAN BÜRÜDÜbackend

Elektrik xətləri məscidin üzərinə düşdü – KƏNDİ HƏYƏCAN BÜRÜDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Adnalı kəndində baş verib. Belə ki, elektrik enerjisini ötürən naqillər qırılaraq kənd ərazisində yerləşən məscidin dam örtüyünün üzərinə düşüb.

Məscidin dam örtüyü dəmir materiallar olduğundan onlara da elektrik enerjisi keçib. Kənd sakinləri bildirib ki, cərəyanın təsirindən məscidin dam örtüyü qırımızı rəngə çevrilib. Hazırda məscidin dam örtüyündə yüksək elektrik gərginliyinin olduğu bildirilir.

Artıq məscidə giriş-çıxışa qadağan qoyulub.

Eyni zamanda, güclü yanğın baş verəcəyi ehtimal olunsa da heç bir tədbir görülməyib. Kənd sakinləri məsələ ilə əlaqədar olaraq, Cəlilabad rayon \”Azərişıq\” ASC-yə müraciət etsə də, qurumdan heç bir cavab verilməyib.

Hazırda kənddə elektrik enerjisinin verilişi ciddi təhlükədədir.

İnterpress.az