Meşədən ağac materialı oğurlayan şəxslər saxlanılıbbackend

Meşədən ağac materialı oğurlayan şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

İnterpress.az