Müəllim sinifdə şagirdləri dalaşdırdı, daha sonra digər şagirdə xəsarət yetirdibackend

Müəllim sinifdə şagirdləri dalaşdırdı, daha sonra digər şagirdə xəsarət yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, İzmirin Tire kəndin yerləşən orta məktəblərin birində riyaziyyat müəllimi şagirdə xəsarət yetirib.

Sinifdə müəllimin gözü qarşısında iki şagirdin dalaşdığı anı parta arxasında oturan digər şagirdlər mobil telefon vasitəsilə lentə alıb. Görüntülərdən də bilinir ki, şagirdlərin dalaşmasına müəllim şərait yaradır. Belə ki, aralarında mübahisə olan sinif yoldaşları lövhə qarşısına çıxaran müəllim onların dalaşmasını istəyir. Bu anı isə parta araxsında oturan digər şagirdlər telefon vasitəsilə lentə alır.

Bundan əsəbləşən müəllim isə əlindəki taxta silgi ilə telefonla video çəkən şagirdin başına zərbə endirir.

Şagird xəsarət alıb.

Sözügedən videogörüntülər Türkiyə mediasını zəbt edib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

İnterpress.az

blob:http://www.hurriyet.com.tr/6443ac4b-b6d1-40fe-9d12-7bc810264a2f