435 manat borca görə intihara cəhd etdi – YENİLƏNİBbackend

435 manat borca görə intihara cəhd etdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Kürdəmir sakini olan Rahim Pənahovun intihara cəhd etməsi məlium olub. Onun maddi problemlərinin olduğu üzə çıxıb. Xilas edildikdən sonra polis bölməsinə aparılan R.Pənahov Kürdəmirdə müxtəlif şəxslərə külli miqdarda borcunun olduğunu və bu səbəbdən həyatına son qoymaq istədiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Sonxeber.az-ın intihar edən gəncin yaxınlarından əldə etdiyi məlumata görə, onun borcu 435 manat olub.

İnterpress.az