Benzin və dizelin qiyməti qalxdıbackend

Benzin və dizelin qiyməti qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətinin 55 yuan (8,75 ABŞ dolları) artırılması barədə qərar qəbul edib. Bu, Çində cari ildə 4-cü qiymət artımıdır.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

İnterpress.az