Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Prezident seçkiləri İtaliya və Səudiyyə Ərəbistanı mətbuatının diqqət mərkəzində

Aprelin 11–də Azərbaycanda keçirilmiş prezident seçkiləri İtaliya və Səudiyyə Ərəbistanı mətbuatının geniş diqqət mərkəzində olub.

Dərc edilib: 13 aprel 2018 [23:13]
Baxış sayı: 21403

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın “Agenzia Nova”, “ANSA”, “Agenzia Stampa Italia”, “Agenparl”, “L’Opinione”, “Il Messaggero”, “Report Difesa”, “Notizie Geopolitiche”, “Scenari-internazionali”, “Secolo-Trentino” və sair kimi kütləvi informasiya vasitələrinin məlumatlarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin, jurnalistin səsvermə prosesini izlədiyi və işıqlandırdığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilir.

Vurğulanır ki, Prezident İlham Əliyevin inamlı qələbəsi dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasətə Azərbaycan xalqının verdiyi yüksək qiymətdir.

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri Səudiyyə Ərəbistanı Krallığının mətbuatında da yer alıb. Yerli “Saudi Press Agency” (SPA) dövlət informasiya agentliyi, “Əl-Cəzirə”, “Okaz”, “Əl-Mədinə”, “Əl-Yaum” qəzetləri tərəfindən geniş işıqlandırılıb.

SPA-nın “Azərbaycan Prezidenti İlham Əliyev növbəti müddətə Prezident seçildi” adlı məqaləsində prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin seçicilərin 86,03 faizinin səsini toplayaraq dördüncü dəfə Prezident seçildiyi qeyd olunur.

“Əl-Cəzirə” qəzetinin məqaləsində azərbaycanlıların Prezident İlham Əliyevin seçkilərdə qələbəsini qeyd etmək məqsədilə küçə və meydanlara axışdığı, ölkənin seçkilər tarixində ilk dəfə olaraq səsvermədə seçicilərin 75 faizinin iştirak etdiyi, çoxlu sayda regional və beynəlxalq təşkilatın və KİV nümayəndələrinin seçkiləri izlədiyi və seçkilərin tam şəffaf keçdiyi vurğulanır.

“Okaz” qəzetinin məqaləsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamalarına yer verilərək, əvvəlki seçkilərə nisbətən builki seçkilərdə seçicilərin sayının 10 faiz artıq olduğu, müşahidəçilər üçün bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılır.

“Əl-Mədinə” qəzetinin məqaləsində seçkilərin ilkin nəticələrinin elan olunmasından sonra Prezident İlham Əliyevin televiziyada çıxışı işıqlandırılıb, Azərbaycan Prezidentinin qısa tərcümeyi-halı oxuculara təqdim olunub. Məqalədə seçkilərdə seçici fəallığının 75 faiz təşkil etdiyi, ilkin nəticələrə görə İlham Əliyevin 86,03 faiz səs topladığı, seçkilər zaman hər hansı qanun pozuntularının qeydə alınmadığı və şikayətlərin olmadığı bildirilir.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 381