Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"II Yelizaveta seyyidədir" - Britaniyanın nüfuzlu qəzeti

Böyük Britaniyanın kraliçası II Yelizavetanın Məhəmməd Peyğəmbərin nəslindən olması iddia olunur.

Dərc edilib: 14 aprel 2018 [12:44]
Baxış sayı: 44666

İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "Daily Mail" qəzeti araşdırma aparıb. Araşdırmalardan sonra müəyyən olunub ki, kraliçanın soy kökü Səudiyyə Ərəbistanına qədər gedib çıxır. Eyni zamanda, kraliçanın ulu babalarının müəyyən dövrlərdə İspaniyaya qədər irəliləməsi ehtimalı daha da artırdığı bildirilir.

Araşdırmalarda nəsil qohumluğu şəcərəsini öyrənən mütəxəssislərin də rəyləri yer alıb. Qəzet yazır ki, geneoloqların araşdırmasına görə, bir zamanlar İspaniyada hökmranlıq etmiş və peyğəmbərin nəslindən olduğu iddia olunan müsəlmanlar kralları ilə kraliçanın qan qohumluğu sübut olunub.

Buna görə də, II Yelizavetanın nəslinin Məhəmməd Peyğəmbərə söykənməsi qənaətinə gəlinir.

Qəzetin gündəmə gətirdiyi iddiaya görə, kraliça II Yelizaveta Məhəmməd Peyğəmbərin 43-cü nəslinin nümayəndəsidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Salmanın İngiltərəni ziyarət etməsindən və imzalanan milyard dollarlıq müqavilələrdən sonra bu iddialar gündəmə gəlib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 48