26 yaşlı qadın güllələnibbackend

26 yaşlı qadın güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

İnterpress.az