MSK sabah prezident seçkilərinin nəticələrinə yekun vuracaqbackend

MSK sabah prezident seçkilərinin nəticələrinə yekun vuracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, MSK-nın sabah keçiriləcək iclasında prezident seçkilərinin nəticələri ilə bağlı ümumi məlumat veriləcək, nəticələrə dair yekun protokolun tərtib edilməsi barədə qərar qəbul ediləcək.

Yekun protokol tərtib olunduqdan sonra sənəd Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində, yəni aprelin 25-dək rəsmən elan etməlidir.

İnterpress.az