Bakıda binada yanğın — Sakinlər təxliyə olundubackend

Bakıda binada yanğın — Sakinlər təxliyə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə baş verib. Nəticədə tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın bölmələr tərəfindən söndürülüb.​

İnterpress.az