Siyavuş Novruzov: “ATƏT DTİHB məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıb”backend

Siyavuş Novruzov: “ATƏT DTİHB məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov MSK-nın bu gün keçirilən iclasında deyib.

S.Novruzov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT PA və AŞ PA-nın seçkilərlə bağlı hesabatlarına da münasibət bildirib. O qeyd edib ki, həmin təşkilatlar məqsədli şəkildə seçkilərlə bağlı qərəzli hesabat hazırlayıblar.

S.Novruzov həmin təşkilatların nümayəndələri ilə görüş keçirildiyini bildirib: “Həmin görüşdə prezidentliyə namizədlərdə iştirak edirdi. Onlar dedi ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb, heç bir müdaxilə edilməyib. Namizədlər bir dəfə də etiraz etmiyəblər ki, hansısa qanun pozuntusu olub. İndi kənardan gələn müşahidəçi gəlib deyir ki, qanun pozuntuları olub. Bunu hardan bilirlər?”.

Qeyd edək ki, ATƏT DTİHB-nin müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabat təqdim edib. Bununla bağlı keçirilən mətbuat konfransında Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətinin və media mənsublarının etirazına səbəb olub.

Seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

İnterpress.az