Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Yunayted" məğlub oldu, "Siti" çempionluğunu rəsmiləşdirdi

“Mançester Siti” vaxtından əvvəl İngiltərə çempionu olub.

Dərc edilib: 15 aprel 2018 [22:36]
Baxış sayı: 43485

İnterpress.az xəbər verir ki, 34-cü turda “Siti” dünən səfərdə “Tottenhem”ə qalib gəlib (3:1), onun ən yaxın izləyicisi “Mançester Yunayted” isə bu gün evdə “Vest Bromviç”ə uduzub (0:1).

Hər komandanın ehtiyatda beş oyunu (bir matç öncədən təxirə salınıb) qalsa da, “Mançester Siti” ilə “Mançester Yunayted” arasında 16 xal fərq yaranıb. Beləliklə, bundan sonrakı görüşlərin nəticəsindən asılı olmayaraq, Xosep Qvardiolanın komandası 2017/18 mövsümünün qalibi adını qazanıb.

Bu, “Mançester Siti”nin tarixində beşinci İngiltərə çempionluğudur (1936/37, 1967/68, 2011/12, 2013/14, 2017/18).

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134