Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


AXC-nin 100 illiyi münasibətilə Türkiyədə Futbol Turniri keçirilib

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Konsulluqlararası Futbol Turniri keçirilib.

Dərc edilib: 16 aprel 2018 [10:00]
Baxış sayı: 22122

İnterpress.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, TFF-in dəstəyi, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan yarışa Fransa, Ukrayna, İraq, Qazaxıstan, Qırğızıstan, Hollandiya, Rusiya, Özbəkistan, Qətər və ABŞ-ın İstanbul Baş Konsulluğunun, eləcə də İstanbul Valiliyi, TFF, BMT/Qızıl Aypara və Türk Şurasının komandaları qatılıb.

Hasan Doğan Milli komandaların Təlim-Məşq Bazasında keçirilən turnirin qalibi finalda Özbəkistanı 4:1 hesabı ilə məğlub edən Qırğızıstan olub. Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan Ukraynaya qalib gəlib – 8:2.

Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev dəstəyə görə TFF rəhbərliyinə təşəkkür edib.(Report)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134