Ustad Şəhriyarın büstünü İranda belə sökdülər – FOTObackend

Ustad Şəhriyarın büstünü İranda belə sökdülər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın İranın Muğan vilayətindəki büstü sökülüb.

Bu barədə Güney Azərbaycandakı soydaşlarımız məlumat veriblər. Məlumatda deyilir ki, ustad Şəhriyarın Muğan şəhərindəki büstü şəhər meri tərəfindən sökülüb.

Şairin büstünün hansı səbəbdən söküldüyü barədə məlumat olmasa da, bu göstərişin İran hakimiyyəti tərəfindən verildiyi bildirilir.

M.Şəhriyar İran rejimi tərəfindən kin-küdurətlə qarşılanan \”İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan,
Azərbaycan!
Övladların nə vaxtadək tərki-Vətən olacaqdır?
Əl-ələ ver! Üsyan eylə! Oyan! Oyan! Azərbaycan!\” misralarından ibarət \”Azərbaycan\” şeirinin müəllifidir.

Qeyd edək ki, Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) – daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairidir. O, 1906- 1988-ci illərdə yaşayıb yaratmışdır. Azərbaycan və fars dillərində əsərlər müəllifidir.

İnterpress.az

Ustad Şəhriyarın büstünü İranda belə sökdülər - FOTO