Bakı metropolitenində fləşmob keçirilib – VİDEObackend

Bakı metropolitenində fləşmob keçirilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubilieyi olub.

Bu barədə İnterpress.az-a \”Bakı Metropoliteni\” QSC-dən bildirilib.

Məlumata görə, qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur \”Azərbaycan\” şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob ulu öndərin \”…Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

İnterpress.az