Ukraynada İlham Əliyevin şərəfinə marka təsis edilir – FOTObackend

Ukraynada İlham Əliyevin şərəfinə marka təsis edilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Azərbaycan Ukrayna Beynəlxalq Alyansı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr olunan poçt markası təsis ediləcək.

İnterpress.az xəbər verir ki, artıq bununla əlaqədar olaraq, poçt markası hazırlanıb. Markanın üzərində Prezident İlham Əliyev şəkili əks olunub.

Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov yaxın zamanda markanın təsis ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Təşkilat xarici ölkələrdə \”Xocalı həqiqətləri\”, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda ölkə əhəmiyyətli tədbirlər keçirib. Elmar Məmmədov gördüyü işlərlə əlaqədar olaraq, Azərbaycan və Ukrayna hakimiyyəti arasında müəyyən rəğbət qazanıb.

İnterpress.az

Ukraynada İlham Əliyevin şərəfinə marka təsis edilir - FOTO

Ukraynada İlham Əliyevin şərəfinə marka təsis edilir - FOTO