Pakistanlı generalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlibbackend

Pakistanlı generalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.

İnterpress.az