381 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıbbackend

381 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daxili işlər orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin ötən 3 ayı ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 381 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 49 kiloqram heroin, 74 kiloqram tiryək, 249 kiloqram marixuana, 7,3 kiloqram həşiş və 2,3 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

İnterpress.az