Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Şəhriyarın büstünün sökülməsinə görə İranda etiraz aksiyası keçirilib

Məhəmmədhüseyn Şəhriyarın büstünün sökülməsinə görə İranda etiraz aksiyası keçirilib.

Dərc edilib: 16 aprel 2018 [17:15]
Baxış sayı: 6305

İnterpress.az xəbər verir ki, bir neçə gün bundan öncə, İranın Muğan bölgəsində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü sökülüb.

Parsabad şəhərində “Şəhriyar” meydanında böyük şairin xatirəsinə ucaldılmış büst öz yerindən götürülərək dağıdılıb.

Buna etiraz olaraq, Parsabadda yüzlərlə güneyli soydaşlarımız etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları olan cənubi azərbaycanlılar Azərbaycan şairinin büstünə edilən hörmətsizliyə etiraz əlaməti olaraq bir araya toplaşıb.

Etirazçılar görkəmli şairin büstünə qarşı hörmətsizlik edən şəxsin hüquqi müstəvidə cəzalandırılmasını və büstün bərpa olunmasını tələb edib.

İran mediası yazır ki, sözügedən məsələyə Parsabad şəhər prokurorluğu da qarışıb. "Büstün söküldüyü zaman hadisə yerində olan şahidləri müəyyən etmişik. Hazırda şahidlərin dindirilməsi prosesi gedir" - deyə, prokurorluğun məlumatında bildirilir.

Hazırda büstü sökən şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, M.Şəhriyarın büstü Parsabad şəhərində 2015-ci ildə ucaldılıb.

Xatırladaq ki, Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) - daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairidir. O, 1906- 1988-ci illərdə yaşayıb yaratmışdır. Azərbaycan və fars dillərində əsərlər müəllifidir.

İnterpress.az
Şəhriyarın büstünün sökülməsinə görə İranda etiraz aksiyası keçirilib

Şəhriyarın büstünün sökülməsinə görə İranda etiraz aksiyası keçirilib

Şəhriyarın büstünün sökülməsinə görə İranda etiraz aksiyası keçirilib










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 203