Bakıda çörəyin içindən görün nə çıxdı – “Xırman” şirkəti cavab vermək istəmirbackend

Bakıda çörəyin içindən görün nə çıxdı – “Xırman” şirkəti cavab vermək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanda çörəyin içindən dəmir qırıntılar çıxıb. Belə ki, marketlərin birindən alınan qara çörəyi kəsən şəxs çörəyin içərisindən \”bolt\”, \”şurup\” kimi dəmir qırıntılarının çıxdığının şahidi olub.

\”Xırman\” şirkətinin istehsal etdiyi çörəklərin içərisində bu cür vasitələrin olması şirkətdə antisanitariya şəraitinə riayət olunmamasından xəbər verir.

Elə buna görə də, məsələ ilə əlaqədar olaraq, \”Xırman\” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən zəngimizə cavab verən şəxs nədənsə sualımıza cavab vermək istəmədi. \”Xırman\”ın adının açıqlanmasını isməyən xanım əməkdaşı bildirdi ki, bu barədə heç bir məlumat verə bilməyəcək.

\”Bağışlayın, bu barədə məlumat vermək istəmirik. Sağolun\” deyərək, telefonu söndürdü.

Daha sonra bir neçə dəfə eyni qayda ilə şirkətlə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı.

Bakıda çörəyin içindən görün nə çıxdı - "Xırman" şirkəti cavab vermək istəmir

Bakıda çörəyin içindən görün nə çıxdı - "Xırman" şirkəti cavab vermək istəmir

İnterpress.az