Azərbaycanda qızıl hasilatının həcmi 5 dəfədən çox artıb » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycanda qızıl hasilatının həcmi 5 dəfədən çox artıb

Azərbaycanda 2018-ci ilin yanvar-mart ayları ərzində 1 480,3 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur.

Dərc edilib: 17 aprel 2018 [18:04]
Baxış sayı: 20688

İnterpress.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, 1 aprel 2018-ci il tarixinə hazır məhsul ehtiyatı 58,6 kq təşkil edib.

Bu ilin birinci rübündə gümüş hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 221,2 kq-a çatıb.

Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.

Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 42