Serj Sarqsyan Ermənistanın baş naziri olubbackend

Serj Sarqsyan Ermənistanın baş naziri olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nəticələr Ermənistan parlamentində bu gün keçirilən səsvermədə açıqlanıb. Bildirək ki, Sarqsyan baş nazir postuna namizədliyi irəli sürülmüş yeganə şəxs olub.

Deputat Nikol Paşinyanın rəhbərlik etdiyi “Çıxış” müxalifət bloku isə baş nazir seçkilərini boykot edib.

Səsvermədə 93 deputat iştirak edib. Onlardan 76-sı Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Qeyd edək ki, bir neçə gündür, İrəvan küçələrində erməni etirazçılar aksiya keçirərək Sarqsyanın baş nazir olmamasını tələb edirlər.

İnterpress.az