Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"3-cü Dünya Müharibəsinin astanasındayıq" - Ekspert həyəcan təbili çaldı

"Bu gün İraq kimi bir ölkədə 60-dan çox ölkənin əskəri mövcuddursa, bu, artıq 3-cü Dünya Müharibəsinin başlanması deməkdir".

Dərc edilib: 17 aprel 2018 [17:33]
Baxış sayı: 41319

“ABŞ, Fransa və Britaniyanın Suriyaya avia zərbələr endirməsi Qərbin, ələlxüsus, ABŞ-ın regionda gedən poroseslərdə iştirakçı olduğunu region ölkələrinə göstərmək cəhdi idi. Son proseslər nəticəsində həm Türkiyənin, həm də Rusiya və İranın regionda kifayət qədər mövqeləri möhkəmləndi. Belə bir rəy formalaşdı ki, sanki, Qərb meydandan sıxışdırılaraq çıxarılıb. Bir ay bundan öncə, Trampın məşhur “Artıq evə qayıtmağın vaxtı gəlib çatıb” açıqlaması siyasi arenada ABŞ-ın regiondan uzaqlaşması kimi başa düşüldü. Amma sonrakı proseslər onu göstərdi ki, əslində, Qərb heç də meydanı tərk etməyib. Qərb heç regionu əldən vermək niyyətində də deyil və mövcudluğunu nəyin bahasına olursa, olsun, qoruyub saxlamağa niyyətlidir. İstər İsrailin aviza zərbələri, istərsə də, Qərbin son avia zərbələri məhz onların hələ də meydanda olduqlarına hesablanıb. Bu avia zərbələr həm də Əsəd rejimini zəiflətməyə yönəlib.”

Bunu İnterpress.az-a açıqlamasında “Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, ekspert Vüqar Zifəroğlu Qərbin Suriyaya hava hücumları haqqında danışarkən deyib.

V.Zifəroğlu yaxın gələcəkdə dünya müharibəsinin baş vermə ehtimalına da münasibət bildirib. O bildirib ki, əgər, bu gün İraqda onlarla ölkənin hərbçiləri varsa, deməli, artıq dünya müharibəsinin astanasındayıq: “Dünya müharibəsi anlayışının özündə nəyi ehtiva etməsindən danışaq. Bir çox ölkələr konfliktə daxil olurlar, yəni, silahlı münaqişə rejiminə qədəm qoyurlar. Bu gün İraq kimi bir ölkədə 60-dan çox ölkənin əskəri var. Bu, artıq o deməkdir ki, biz Yaxın Şərqdə müəyyən mənada o konfliktin şahidi oluruq. O müharibə də artıq gedir. Yaxın Şərqdə zatən dünya müharibəsinin getdiyini izləyirik. Bununla da müəyyən mənada deyə bilərik ki, 3-cü Dünya Müharibəsinin əlamətləri özünü göstərməkdədir. Amma ABŞ-ın Rusiyaya müharibə elan etməsi kimi hər hansı bir iddiadan söhbət gedə bilməz. Güc dövlətlərinin müharibəyə sövq edəcək konfliktləri olmayacaq. Bu, daha çox dolayı münaqişələr formasında özünü göstərir. Amma biz qlobal güclərin birbaşa müharibəyə girməsinə zəmin yaradacaq halları görmürük”.

"3-cü Dünya Müharibəsinin astanasındayıq" - Ekspert həyəcan təbili çaldıEkspert Qərbin Suriyaya hava zərbələrinin davamının nə zaman gələcəyinin müzakirə predmeti olduğunu vurğulayıb: “Bu, sadəcə olaraq, konkret bir göstəri idi, edildi və bundan sonrakı mərhələ siyasi proseslərin hansı istiqamətə getməsindən asılı olacaq. Burada ilk olaraq, müxaliflərlə görüşlər planlaşdırılır. İran və Rusiya ilə müəyyən danışıqlar aparıla bilər. Bu prosesdə Türkiyənin mövqeyi son dərəcə maraqlı və ciddidir. Türkiyə regionda İran və Rusiya ilə faktiki olaraq müttəfiq olmasına baxmayaraq, Qərbin Suriyaya avia zərbələrini dəstəklədi. Bu, həm də onu göstərdi ki, Türkiyə iki konflikt tərəflər arasında körpü rolunu oynaya bilər. Ən azından, NATO ölkəsi kimi vasitəçi rolunu oynaya bilər. Ümumilikdə isə, Qərbin aktiv şəkildə Suriyada hərbi əməliyyatlara başlamasına əmin deyiləm”.

V.Zifəroğlu Qərbin Suriyaya hava hücumunun Türkiyə tərəfindən dəstəklənməsinə də münasibət bildirib: “Türkiyə yaxın şərqdə öz hədəfləri olan, öz maraqlarına xidmət edən güc dövlətidir. Hətta yaxın şərqdə kifayət qədər nüfuzlu olan bir ölkədir. Bu ölkə öz hədəflərinə çatması üçün xarici siyasətini balanslaşdırılmış şəkildə yürüdür. Türkiyənin Qərblə müttəfiq olmasına baxmayaraq, dəfələrlə Qərb tərəfindən müəyyən mənada pis vəziyyətdə qaldı. İstər ekstradisiya məsələsi (red: Fətullah Gülənin ekstradisiyasını nəzərdə tutur) ilə bağlı, istərsə də, Qərbin separatçı terror təşkilatçılarına yardımı ilə bağlı Türkiyəni pis vəziyyətdə qoydular. Buna görə də, Türkiyə öz məqsədlərinə çatmaq üçün yeni müttəfiqlər axtarışına çıxdı. Mən bunu dəfələrlə demişəm ki, Türkiyə-İran-Rusiya münasibətləri, əslində, xarici şərtlərin diqtəsi ilə formalaşan bir münasibətlər kimi ortaya çıxdı. Eyni zamanda, bu münasibətlər bir sıra proseslərdə özünü doğruldub. Türkiyə sadəcə olaraq, Suriyadakı problemlərin aradan qaldırılmasının yalnız Əsəd rejimin getməsindən sonra baş tutacağının tərəfdarıdır. Hətta, Əsəd rejiminin istəyən Qərbdən fərqli olaraq, Türkiyə bunu açıq şəkildə ortaya qoydu. Qərb isə, əksinə olaraq, Əsəd rejimi ilə deyil, İŞİD-lə mübarizəni ön plana çəkdi. Sadəcə olaraq, Türkiyənin son zamanlar İran və Rusiya ilə yaxınlaşması Əsəd rejiminə qarşı fikirlərinin yumşalmasına məcbur etdi. Amma bu, o demək deyil ki, Türkiyə öz hədəflərindən vaz keçdi”.

Səid Qərib
İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134