Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcəkbackend

Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanacaq kollektivlərin adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. İlk matçlarda qeydə alınan nəticələrə əsasən, “Neftçi” və “Keşlə” üstünlük əldə ediblər. Lakin səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar”la müqayisədə, evdə “Sumqayıt”a bir cavabsız qolla qalib gələn bakılıların işi daha çətin olacaq.

“Keşlə” üçün kuboku əldə etmək ikiqat əhəmiyyətlidir. Çünki digər “üçlük”dən fərqli olaraq, Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə qazanmaq şansını itirən paytaxt təmsilçisi bütün ümidini ikinci cəbhəyə bağlayıb. Ancaq digər komandalar “Qarabağ”ın mübarizəni dayandırdığı yarışda kuboku götürməyi hədəfləyiblər.

Yarımfinal matçlarını həm də azərbaycanlı və ukraynalı məşqçilərin dueli kimi xarakterizə etmək olar. “Neftçi”yə Tərlan Əhmədov, “Sumqayıt”a Samir Abasov rəhbərlik etdiyi halda, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdur. “Keşlə” isə “sükanı” Yuri Maksimova həvalə edib. Düzdür, ilk matçda texniki zonadan kənarlaşdırılan Abasov bir oyunluq cəza aldığı üçün Sumqayıtdakı görüşü kənardan izləyəcək. Lakin istənilən halda, komandanı oyuna özü hazırlayacaq və matçın gedişində köməkçilərinə təlimatlarını çatdıracaq.

Qeyd edək ki, final oyunu mayın 28-də keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel

17:00. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

Sumqayıt. “Kapital Bank Arena”

İlk oyun – 0:1

20:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. “Bakcell Arena”

İlk oyun – 2:1

İnterpress.az