Cəlilabadda müəllim məktəbin qadın mühafizəçisini zorlayıb – DİREKTOR AÇIQLAMA VERDİbackend

Cəlilabadda müəllim məktəbin qadın mühafizəçisini zorlayıb – DİREKTOR AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə ötən il baş verib. Belə ki, rayonun Muğan kənd tam orta məktəbində çalışan riyaziyyat müəllimi B.A (ad şərtidir) həmin məktəbin xanım mühafizəçisini mütəmadi olaraq zorlayıb.

Kişi müəllim xanım mühafizəçi ilə cinsi əlaqədə olan zaman bunu mobil telefonu vasitəsilə lentə almağa başlayıb. O, əlindəki videomaterialla xanım mühafizəçini dəfələrlə şantaj edərək onunla cinsi əlaqədə olub.

Amma sonradan cinsi əlaqə təklifi edən riyaziyyat müəlliminə xanım mühafizəçi rədd cavab verib. Bundan qəzəblənən müəllim lentə aldığı bütün videomaterialları kənd sakinləri arasında yaymağa başlayıb.

Məsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən Muğan kənd tam orta məktəbin direktoru Aygün Məlikova bildirib ki, hadisədən onun da xəbəri var. Direktor bildirib ki, hadisə orta məktəbdə deyil, kişi müəllimin öz evində baş verib:

“Məsələni biz də bilirik. Sadəcə, mən heçnə görməmişəm və buna görə də əlimdə sübut yoxdur. Məktəbin direktoru mənəm və kim evinə gedib hansısa hoqqadan çıxırsa, buna görə mən məsuliyyət daşımıram. Məsələ ilə əlaqədar olaraq hüquq-mühafizə orqanlarına müraciət olunub və məəslə araşdırılır. Mən məktəbi müdafiə edirəm. Amma işdən sonra müəllim hər hansı işlə məşğul olursa, buna mən cavabdeh deyiləm. Onlar nə hoqqadan çıxıb bilmirəm, mən də təzə eşitmişəm”.

A.Məlikova qeyd edib ki, həmin kişi müəllim artıq bu gündən işə gəlməyib: “Dünənə qədər riyaziyyat müəllimimiz olan həmin kişi işə gəlirdi. Amma bu gün dərsə gəlməyib. Mən heç onu işdən də qovmamışam. Sadəcə, özü gəlməyib. Qadın da, müəllim də hər ikisi hazırda polis şöbəsindədir. Dindirilir”.

Qeyd edək ki, sözügedən videomaterialı qeyri-etik olduğuna görə, dərc etmirik.

İnterpress.az