Prezident: “Ötən 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib”backend

Prezident: “Ötən 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub\”.

İnterpress.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin edib: \”Ölkəmizdə söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin olunub. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir\”.

Prezident qeyd edib ki, qonşu dövlətlərlə isti münasibətlər regional sabitliyə, təhlükəsizliyə öz müsbət təsiri göstərir: \”Azərbaycanda xalq-iqtidar birliyi uğurlarımızın sübutudur. Azərbaycan dünya məkanında sabitlik məkanı kimi tanınır. Bu, bizim böyük nailiyyətimizdir. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqaşisənin həlli ilə bağlı bizim mövqeyimizi ədalətli mövqeyimizi dəstəkləyirlər. Son 15 ildə ən mötəbər beynəlxalq təşkilatlar münaqaişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Göstərilir ki, münqaişə plkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmamam Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ECO İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilkatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr qəbul edib. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamə qəbul etmişdir ki, bu da münqaşinəni həlli üçün hüquqi baza yaradır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqaşisənin həlli ilə bağlı beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilib\”.

Ölkə başçısı Azərbaycan 15 il ərzində uğurla inkişaf edib: “Biz bundan sonra da demokrafik inkişafla bağlı səylərimizi artıracağıq. Gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq. Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz uğurla inkişaf edir”.

\”Bəzi hallarda bizi tənqiq edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik və ən müasir silahlar alınır, bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir və böyük qələbəmizdir\”, – deyə, dövlət başçısı əlavə edib.

İnterpress.az