Ermənilərin yaraladığı Ağcəbədi sakininin vəziyyəti orta-ağırdırbackend

Ermənilərin yaraladığı Ağcəbədi sakininin vəziyyəti orta-ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AzVision.aza Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov məlumat verib. O, bildirib ki, döş qəfəsindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olan şəxsə təcili müdaxilə edilib.

“Rahim Hacıyev təcili əməliyyat olunub və vəziyyəti orta-ağırdır. Hazırda reanimasiyadadır”.

Qeyd edək ki, bu gün Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

İnterpress.az