Prezident maaşların artımından danışdıbackend

Prezident maaşların artımından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, maaşlar təxmini yeddi dəfə, pensiyalar 10 dəfədən çox artıb:

\”Sosial-siyasət daim diqqət mərkəzindədir. Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları və onun rifahı daim diqqət mərkəzində olacaq.

Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.

O bildirib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə çox böyük uğurlara imza atıb:

\”Yoxsulluq 50%-dən 5,4 faizə düşüb. Azərbaycanda işsizlik beş faiz səviyyəsindədir.

Baxmayaraq ki, son 15 ildə əhalinin sayı 1,5 milyon artıb, iş yerləri də təxminən o səviyyədə artıb. İş yerlərinin yaradılması məsələsini daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması üçün daha çevik siyasət aparmalıyıq”.

İnterpress.az