Qardaşının məzarı başında bibisini vəhşicəsinə öldürdü – DƏHŞƏTbackend

Qardaşının məzarı başında bibisini vəhşicəsinə öldürdü – DƏHŞƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Lent.az-a istinadən xəbərinə görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov tərəfindən döyülərək öldürülən Şüşan Sumxayevanın 87 yaşı var. Onu döyərək öldürən şəxs qardaşı oğludur.

Bildirilir ki, bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə də həmin şəxsin məzarının yaxınlığında baş verib. Ağır dərəcəli sərxoş olan Mişi Miqirov bibisinə ağır zərbələr endirib. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. O, ayılından sonra hadisəni xatırlamadığını deyib. Keçmiş məhkumun qardaşının məzarı başında bibisini hansı səbəbdən döyməsi hələlik qaranlıq olaraq qalır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az