Gürcüstan İTV Azərbaycan dilində xəbərlər yayımlayacaqbackend

Gürcüstan İTV Azərbaycan dilində xəbərlər yayımlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, xəbər buraxılışları “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində hazırlanacaq. Xəbərləri İTV-nin rəsmi www.1tv.ge internet səhifəsindən izləmək mümkün olacaq. Azərbaycan və erməni dillərində xəbərlər hər gün saat 20:00-da təqdim olunacaq.

Xəbərlərin Azərbaycan və erməni dillərində təqdim olunmasının əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlıları və erməniləri ölkədə və dünyada baş verən proseslərlə onların öz ana dillərində məlumatlandırmaqdır.

İnterpress.az