İran televiziyasında Şəhriyarın büstünün sökülməsini belə izah etdilər – VİDEObackend

İran televiziyasında Şəhriyarın büstünün sökülməsini belə izah etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İranın \”Kanal 2\” telekanalı görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın büstünün sökülməsi ilə bağlı təqdim etdiyi reportajda büstün sökülməsini yenisi ilə əvəz olunacağına işarə edib.

Aparıcı bununla bağlı Parsabad şəhər şurası ilə əlaqə saxlandığını bildirib. Şuradan bildirilib ki, şairin büstü yaxın zamanda daha yaxşı vəziyyətdə bərpa olunacaq.

\”Sadəcə olaraq, büstün yenidən qurulması üçün və daha yaxşı bərpası üçün sökdük\”, – deyə Şəhər Şurasından bildirilib.

Xatırladaq ki, bir neçə gün bundan öncə M.Şəhriyarın büstünün naməlum şəxslər tərəfindən söküldüyü bildirilirdi. Parsabad Şəhər Polis İdarəsinin yaydığı açıqlamaya görə, büstü sökən şəxslərin axtarışı başlamışdı.

Daha sonra güneyli soydaşlarımız aksiya keçirərək şairin büstünün bərpasını və onu sökənlərin cəzalandırılmasını tələb etmişdilər.

İnterpress.az