Hacı İbrahim susqunluğa son qoydu – EKSKLÜZİVbackend

Hacı İbrahim susqunluğa son qoydu – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər adaları” layihəsinin tikintisinə yaxın zamanda başlanacaq.

Bu barədə İnterpress.az-a eksklüziv açıqlamasında “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli özü məlumat verib. O bildirib ki, “Xəzər adaları” layihəsinin tikintisinə iyunun 1-dən start veriləcək: “Hər şey yüksək səviyyədədir. Aprelin axırında investorlarımızla görüşəcəyik. Yaxın zamanda layihənin həyata keçirilməsini planlaşdırırıq. Artıq ölkəmiz də turizm ölkəsinə çevrilib. Düşünürəm ki, iyunun 1-dən layihənin həyata keçirilməsinə və tikinti işlərinə start veriləcək”.

Hacı İbrahim onu yaddan çıxaran jurnalistlərə də səslənib: “Vaxt var idi, Hacı İbrahim mətbuatın gündəmində idi. Jurnalistlər də bütün günü Hacı İbrahimin qapısında idilər. Bu gün nədənsə, məni yada salan jurnalistlər azlıq təşkil edir. Həyatdır da, həyat belədir. İndi azalıb. Amma zaman gələcək yenə çoxalacaq. Mən yatmamışam, yaxşı işlər görməkdəyəm hələ də. Bunun səsi çıxacaq yaxınlarda. Jurnalistləri də təbrik edirəm. Həqiqətən də seçkilərdə fəal iştirak etdilər. Cənab Preizdenti dəstəklədilər. Hamısına təşəkkürümü bildirirəm. Mən hər zaman jurnalistlərin yanında olmuşam. Bu gün də onların yanındayam”.

“Avesta” şirkətinin prezidenti Azərbaycanda kçeçirilən Prezident seçkilərində İlham Əliyevin qələbə qazanması münasibəti ilə ölkə başçısını təbrik edib: “Cənab Prezident İlham Əliyevi də seçkilərdə qazandığı qələbəyə görə təbrik edirəm. Azərbaycan xalqı bu dəfə də həmrəy olub layiqli Prezidentini seçdi. Bu, doğrudan da böyük göstərici idi. İnsanların qəlbində Ulu Öndərimizin sevgisi var. Mən çox sevinirəm ki, xalq Ulu Öndəri sevdikləri kimi, İlham Əliyevi dəs evməyə başlayıb. Bu, çox yaxşı haldır və təqdirə layiqdir. Cənab Prezidenti bir daha təbrik edirəm. Azərbaycan xalqı bir daha sübut etdi ki, hər zaman Prezidentin axrasındadır”.

“Oğlanlarım və həyat yoldaşımla birlikdə “Rolls Roys”-uma minib getdik Bilgəhə. Bilgəhdə seçki məntəqəsində səs verdik. Bizi böyük hörmətlə qarşıladılar. Mən bütün nemrəmlilər adından deyə bilərəm ki, biz nehrəmlilər bir nəfər tanıyırdıq, o da Heydər Əliyev idi. İndi də onun davamçısı İlham Əliyevdir. Hər zaman da, harda olmağımızdan aslı olmayaraq, İlham Əliyevin arxasındayıq”, deyə, Hacı İbrahim nehrəmli vurğulayıb.

Qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə \”Avesta\” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq).

Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

Səid Qərib
İnterpress.az