Sumqayıtda mənzildən qadın meyiti tapılıbbackend

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə şəhərin 41a məhəlləsində ev 1, mənzil 37-də qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Mənzilə baxış zamanı oradan şəhər sakini, 1941-ci il təvəllüdlü Qalina Vasilevna Culayevanın meyiti aşkar olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az